Yaponiya hökuməti Tokio şəhərini tərk edənlərə 45 min manat (3 milyon Yapon yeni) verməyi planlaşdırdığını açıqlayıb.
Dəstək, şəhərin 23 mərkəzi nöqtəsində yaşayan və başqa bir bölgədə işə girəcək, ya da iş quracaq şəxsləri əhatə edəcək.
Açıqlamada, bəhs edilən 23 mərkəzdən nə qədər uzağa köçmək lazım olduğu qeyd edilməyib. Ödəmənin, daşınma, yerləşmə və məskunlaşma kimi xərcləri ödəyəcəyi qeyd olunub.
Köçməyə dəstək planının gələn il başlaması gözlənilir. 2018-ci ilin Sentyabr ayındakı rəqəmlərə görə, paytaxt Tokionun əhalisi 38 milyon 140 min nəfərdir. Əhalinin 13 milyon 839 mini isə Tokionun mərkəzi bölgəsində yaşayır.
PULSUZ EV
Ötən günlərdə Yaponiyada, getdikcə azalan əhali səbəbi ilə artan boş evlər üçün internet saytlarına pulsuz ev elanları verilməyə başlanmışdı.
Yaşı 100-dən yüksək olan əhalinin rekord qırdığı Yaponiyada həlak olanların evlər problem yaratmağa başlamış və ölən böyüklərindən qalan evlərə ehtiyacı olmayanlar, vergi ödəmək və evlərə baxmaq istəmədikləri üçün evləri müftə əldən çıxarırlar.