İndoneziyada aprelin 17-də keçirilən seçkilərdən sonra səslərin sayının hesablanması zamanı yorğunluqdan ölən komissiya üzvlərinin sayı 139 nəfərə çatıb.
FED.az xəbər verir ki, bu barədə aprelin 24-də Cakartada İndoneziyanın siyasət, ədliyyə və təhlükəsizlik üzrə əlaqələndirici naziri Viranto məlumat verib.
Nazirin sözlərini sitat gətirən “Kompas” portalı yazır: “Bu günə olan məlumata görə, seçki komissiyaları üzvlərinin 139-u vəfat edib, daha 500 nəfər xəstəxanalara yerləşdirilib”. Nazir əlavə edib ki, hazırda səslərin hesablanması davam edir. Ümumilikdə məntəqələrdə işə 7 milyon insan cəlb edilib.