Rusiya Daxili İşlər Nazirliyi (DİN) əcnəbilərə ölkə ərazisində yaşayıb çalışmaq icazəsi verən yaşayış möhlətinin müddətini qeyri-müəyyən olaraq artırmağı təklif edir.
ELƏCƏ DƏ BAX: Türkiyədən iş üçün gələnlərin sayı açıqlandı – STATİSTİKA
FED.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Dövlət Dumasının MDB işləri üzrə komitəsinin iclasında DİN-nin Baş Miqrasiya İdarəsinin rəis müavini Valentina Kazakova bəyan edib.
Bununla yanaşı, Rusiya ali və orta ixtisas təhsil müəssisələrinin əcnəbi məzunlarına müvəqqəti yaşayış icazəsi verilməsini sadələşdirmək də təklif olunub.
Hazırda Rusiyada yaşayış möhləti əcnəbilərə 5 il müddətinə verilir.
Rusiyadan əcnəbilərə - MÜŞDƏ
20:39
20 Noy 2018