Sinqapurun Vergi İdarəsi 2017-2018-ci maliyyə ili üzrə dövlət büdcəsinə 47 milyard Sinqapur dolları (34,5 milyard ABŞ dolları) məbləğində vergi köçürüb ki, bu da əvvəlki maliyyə illə müqayisədə 5 faiz çoxdur.
FED.az xarici KİV-lərə istinadən xəbər verir ki, yığılan verginin strukturunda gəlir vergisi (korporativ mənfəət vergisi də daxil olmaqla) ümumi yığımların 54 faizini təşkil edib. Daxilolmaların 24 faizi satış, 9 faizi isə əmlak vergisinin payına düşüb.