Türkiyədə “Migros” şirkəti “MigrosJet” və “Macrocenter” mağazalarında “mağazadan mağazaya” xidmətinə start verib.
FED.az-ın “Bloomberght” nəşrinə istinadən verdiyi məlumata görə, bu xidmət sayəsində bank hesabı olmayan istehlakçılar da mağazada alış-veriş zamanı bir-birlərinə pul göndərə biləcəklər.
ELƏCƏ DƏ BAX: İlk dəfə satışı 100 milyard dolları keçdi – SƏHMLƏRİ BAHALAŞDI
Bu xidmətin tətbiqi ilə əlaqədar “Migros” və “Gönder-Al Ödeme Hizmetleri AŞ” arasında müqavilə imzalanıb. Artıq istehlakçılar bank hesabına ehtiyac olmadan “Migros” şirkətinin bütün mağazalarının kassalarından bir-birlərinə pul göndərib anında ala biləcəklər. Pul göndərilməsi məqbul xidmət haqqı ilə həyata keçirilir.
Beləliklə, 2 min lirəyə qədər vəsaitin “Migros” şirkətinin Türkiyənin 81 rayonunda olan “Migros”, 5M, “MigrosJet” və “Macrocenter” mağazalarının kassalarından göndərmək mümkündür. 2-7 min lirə arasındakı pul transferləri 81 rayonda müəyyənləşdirilmiş 450 “Migros” mağazasından həyata keçirilə bilər.
Pul göndərib alan şəxslərin 18 yaşdan böyük olması, şəxsiyyət vəsiqələri və telefonlarının yanlarında olması yetərlidir. Türkiyədəki əcnəbilər də qanuni şəxsiyyət sənədləri ilə bu xidmətdən istifadə edə biləcəklər.
Pulu olmayanlar da bazarlıq edə biləcək – TÜRKİYƏDƏ YENİ MALİYYƏ XİDMƏTİ
21:55
1 Fev 2019