Gürcüstanda prezident seçkilərinin qalibi olan Salome Zurabişvili 3-cü və 4-cü prezidentlərin yaşayıb və çalışdıqları iqamətgahda qalmayacaq.
ELƏCƏ DƏ BAX: 15 yaşıma kimi doyunca yediyimi xatırlamıram – PREZİDENT
FED.az-ın məlumatına görə, yeni prezident öz administrasiyasını Tiflisin mərkəzindəki “knyaz ailəsi Orbelianilərin sarayı”na köçürməyə hazırlaşır.
Onun sözlərinə görə, prezident təvazökar iqamətgahda işləməlidir: “Fikirləşirəm ki, əgər biz avropalı olmaq istəyiriksə, bu saray daha Avropa stillidir, nəinki digər iri bina. O mənə nə isə başqa bir şeyi, başqa sistemi xatırladır”.
Zurabişvili, eyni zamanda bildirib ki, “başqa tip” - öz evində yaşayan, piyada gəzən, bazardan ərzaq alan, həmçinin insanlarla görüşən - prezident olmaq istəyir.
Piyada gəzib, bazardan ərzaq alacam –YENİ PREZİDENT
21:00
29 Noy 2018