Maraqlı

OPEC-in yeni prezidentinin adı – AÇIQLANDI

OPEC-in yeni prezidentinin adı – AÇIQLANDI | FED.az
20:55 15 Noy 2018

Venesuelanın neft naziri Manuel Kevedo gələn il yanvarın 1-dən OPEC-in prezidenti vəzifəsinin icrasına başlayacaq.
 
ELƏCƏ DƏ BAX: Neft sürətlə – BAHALAŞMAĞA BAŞLADI
 
FED.az-ın məlumatına görə, bu barədə Venesuelanın Neft Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.
 
Qeyd olunub ki, M.Kevedo Əbu-Dabidə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində bu məsələ ilə bağlı OPEC baş katibi Məhəmməd Barkindo və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşlər keçirb.
 
Hazırda OPEC-in prezidenti Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl Məhəmməd Fərəc Əl Məzruidir.

Digər xəbərlər

Banner