Banner

Maraqlı

Neft razılaşmasına dair planlarını - AÇIQLADI

Neft razılaşmasına dair planlarını - AÇIQLADI | FED.az
19:33 11 Dek 2018

Rusiya gələn ildən neft hasilatını mərhələli şəkildə azaldacaq.
 
FED.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
 
ELƏCƏ DƏ BAX: Ən böyük neft yatağında - HASİLATI DAYANDIRDILAR
 
“Proqnozlarımıza uyğun olaraq, bu ilin oktyabr ayındakı sutkalıq hasilat göstəricisi ilə müqayisədə istehsalı 50 və ya 60 min barrel arasında azaltmaq yolunda irəliləyirik. Gələn aydan neft istehsalının azaldılması əsasən iqlim və texniki imkanlardan asılı olacaq. Şirkətlərin də təkliflərini alacağıq”, - deyə nazir bildirib.
 
Qeyd edək ki, ötən həftə Vyanada OPEC və OPEC+ ölkələrinin nazirlərinin V toplantısında neft istehsalının gündəlik 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə edilib. Rusiya bu razılığa əsasən, sutkalıq neft hasilatını 228 min barrel azaltmağı nəzərdə tutur.

Digər xəbərlər

Banner