Maraqlı

Nazir 30 min cərimələndi – SƏBƏB

Nazir 30 min cərimələndi – SƏBƏB | FED.az
20:45 27 Noy 2018

İspaniyanın Milli Fond Birjası Komissiyası (CNMV) şirkət məlumatlarından istifadə edərək səhmlərini satan xarici işlər naziri Jozef Borrelli 30 min avro cərimələyib.
 
FED.az-ın məlumatına görə, bu barədə CNMV məlumat yayıb.
 
ELƏCƏ DƏ BAX: Qaşıqçıya görə sanksiyalar – BAŞLADI
 
J. Borrell dələduzluq yolu ilə qazancı nazir olmazdan əvvəl – 2015-ci ildə əldə edib. Komissiya qərarına əsasən, Jozef Borrell “Abengoa” şirkətinə aid səhmlərini 9 min 30 avroya satıb. O, bu satışı şirkətin gizli məlumatlarından istifadə edərək gerçəkləşdirib.
 
İspaniyanın enerji şirkəti olan “Abengoa” 2015-ci il noyabrın sonunda 6 milyard 300 milyon avro borcla ləğvetmə müddəti başlatdığını açıqlayıb. Həmin ərəfədə səhmləri 60%-dən çox dəyər itirən şirkət müflisləşmənin qarşısını almaq üçün yatırımlarının 90%-ni bank və fondlara köçürmə yolu ilə yenidən maliyyələşmyə start verib.
 

Digər xəbərlər

Banner