“Theranos” startapının təsisçisi Elizabet Holms və onun keçmiş birinci müavini Rameş Sanni Balvani dələduzluq və investorların aldadılması ilə ittiham olunurlar.
FED.az TED.az-a istinadən xəbər verir ki, xarici mediaya istinadən xəbər verir ki, Holms və Balvani tibbi startap üçün investisiyanın cəlb edilməsi məqsədilə fırıldaqçı sxemlərdən istifadə ediblər. Onlar qan analizinin dəqiqliyini dəfələrlə yüksəltməyə və tədqiqatların sürətini artırmağa imkan verən inqilabi texnologiyaları yaratmağa söz veriblər. Bununla yanaşı, az miqdarda bioloji material tələb olunurdu. Lakin bütün bəyanatların yalan olduğu aşkarlanıb.
Qeyd edək ki, şirkətin təsisçisi, Stendford Universitetinin məzunu Elizabet Holms “Theranos” layihəsinə 19 yaşında start verib. 2015-ci ildə “Forbes” jurnalı Holmsu öz sərvətini müstəqil şəkildə qazanmış ən gənc qadın milyarder kimi tanıyıb.
Məlumat üçün bildirək ki, məhkəmə prosesi 2020-ci ilin avqust ayında başlanacaq.
Məşhur tibbi startapın təsisçisi - MÜHAKİMƏ OLUNACAQ
19:55
5 İyul 2019