Gürcüstan Prezidenti Salome Zurabişvili əməkhaqqından imtina edib.
FED.az-ın məlumatına görə, bu barədə dövlət başçısı keçirdiyi mətbuat konfransında bildirib.
ELƏCƏ DƏ BAX: Dünyanın ən varlısından – GÖZLƏNİLMƏZ QƏRAR
O, Fransadan təqaüd aldığını və maaşını xüsusi fonda köçürəcəyini deyib:
“Prezident Fondu ləğv olunduğundan xeyriyyəçiliyə dəstək verilməlidir. Prezident bu cür təşəbbüslərin bir növ himayəçisi olmalıdır. Buna görə də qərara aldım ki, mənim himayəm altında və ictimai şəxslərin köməyi ilə fond yaradılsın. İlk növbədə, mən əməkhaqqımı həmin Fonda köçürəcəyəm. Ümid edirəm ki, məndən sonra digərləri də bu addımı atacaq”.
Maaşından imtina etdi – SƏBƏB
20:11
11 Yan 2019