Maraqlı

Maaşın az olduğunu müəyyənləşdirməyin - ÜSULLARI

Maaşın az olduğunu müəyyənləşdirməyin - ÜSULLARI | FED.az
19:43 27 Noy 2018
Aparılan bir araşdırmada lazımi qədər maaş alıb almadığınızı müəyyən etmək və maaşınızın artırılması üçün etməli olduqlarınız aşkar edilib.
İcra edilən işə görə az əmək haqqı aldığını düşünmək iş həyatının ən məyusedici tərəflərindən biridir.
 
ELƏCƏ DƏ BAX: “Alibaba” şirkətinin rəhbəri kommunist oldu
 
Bəs, kifayət qədər pul qazanıb qazanmadığınızı necə başa düşə bilərsiniz. Aşağıda qeyd edilmiş bir neçə maddə bunu müəyyənləşdirməyin üsullarını özündə ehtiva edir:


-İnternetdə qeyd edilən iş elanları arasında sizin çalışdığınız vəzifə üçün daha yüksək maaş təklif edilib

-Çalışdığınız şirkətin gəlirləri artıb, ancaq bu sizin maaşınıza təsir göstərməyib
 
-Sizinlə eyni iş təcrübəsinə və təhsil səviyyəsinə sahib iş yoldaşlarınızdan daha az qazanırsınız


- İş öhdəlikləriniz artıb vəzifəniz qalxdığı halda, yenə də maaşınız artmayıb

- Yüksək tələbatın olduğu bir sahədə çalışırsınız

- Şirkətiniz sizin karyerada irəliləməyiniz üçün heç bir addım atmır

- Şirkətdə daima işçilər dəyişir

Bəs, bu halda etməli olduqlarınızı bilirsinizmi?

- Araşdırma aparın və müdirinizə nə üçün sizə daha yüksək maaş təqdim etməli olduğuna dair əsaslı səbəblər təqdim edin.

- Şəxsi səbəblər irəli sürməkdən qacının. Bunun əvəzinə işinizi daha yaxşı icra etdiyinizi və sizinlə eyni vəzifədə işləyən işçilərin daha çox qazandığını izah edin.

- İşlədiyiniz sektoru nəzərə alın və vəzifənizə olan tələbatı düşünün. Sizi digərlərindən fərqləndirən xüsusiyyətləri ön plana çıxarın.

- Sektoru nəzərə alaraq ən az nə qədər maaş artırılması istədiyinizi dəqiq müəyyən edin.

- Maaşınızın artırılması üçün müdiriyyətlə danışıqlara düzgün vaxt müəyyən edin. Belə ki, maliyyə ilinin başlanğıcından bir neçə ay əvvəl, məhz doğru vaxt hesab oluna bilər. Eyni zamanda işinizlə bağlı hər hansı bir uğura imza atmısınızsa, bu nailiyyətin ardınca da danışa bilərsiniz.

Digər xəbərlər