Ukrayna Nazirlər Kabineti Dövlət Memarlıq və Tikinti Komitəsinin sədri Aleksey Kudryavtsev vəzifəsindən azad edilib.
FED.az-ın “İnterfaks” agentliyinə istnadən verdiyi məlumata görə, Nazirlər Kabineti bunu A. Kudryavtsevin dövlət qulluqçusu andını pozması, ali təhsil barədə saxta diplom təqdim etməsi ilə izah edib.
ELƏCƏ DƏ BAX: Baş direktoru istefa verir – SƏBƏB
İlkin araşdırmaya əsasən, A. Kudryavtsev 1997-ci ildə Moldova Texniki Universitetində verilmiş diplom saxtadır.
A. Kudryavtsev isə vəzifəsindən azad edilməsinin səbəbinin tikinti sahəsində “gizli korrupsiya sxemi”nə zərbə vurması olduğunu bəyan edib. O, diplom ətrafında qaldırılan səs-küyün də bəhanə olduğunu vurğulayıb.
Qeyd edək ki, A. Kudryavtsev 26 iyun 2015-ci ildə Dövlət Memarlıq və Tikinti Komitəsinə sədr təyin edilib.
Komitə sədri işdən çıxarıldı - İNANILMAZ SƏBƏB

21:21
12 Dek 2018