İtaliyanın Kampaniya bölgəsinə yaxın Bizaçça kommunasında 90 tarixi ev 1 avrodan satışa çıxarılıb.
FED.az “Report”a istinadən xəbər verir ki, bu addım insanları Bizaçça kommunasında yaşamağa həvəsləndirmək üçün atılıb.
Satışa çıxarılan evlər yaşayış üçün hazır vəziyyətdə deyil. Ona görə də tələblərdən biri evin yeni sahibi tərəfindən təmir edilməsidir.
Xatırladaq ki, 1 avroluq evlər daha öncə Sicilyanın Mussomelli kommunasında satışa çıxarılmışdı. Şəhər rəhbərliyi 500-dən çox tikilini satışa çıxarmışdı. Onların 100-ü artıq satılıb.