İran Prezidenti Həsən Ruhani Beynəlxalq Valyuta Fonduna (BVF) çağırış edib.
Eləcə də bax: İranda koronavirusdan ölənlərin sayı - 3 872-YƏ ÇATDI
FED.az xəbər verir ki, bu barədə Həsən Ruhani hökumətin iclasında çıxışı zamanı deyib.
“Beynəlxalq təşkilatları öz vəzifələrini yerinə yetirməyə çağırıram. Biz Beynəlxalq Valyuta Fondunun üzvüyük. Kredit verilərkən ayrı-seçkilik tətbiq olunmamalıdır”, - deyə İran Prezidenti bildirib.
H. Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaları da tənqid edib, bunu
“iqtisadi və tibbi terrorizm” adlandırıb.
Qeyd edək ki, İran koronavirus pandemiyası ilə mübarizə üçün BVF-dan 5 milyard dollar təcili maliyyə yardımı istəyib.
Apa