“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda dəyişiklilər edilib, işçilərinin sayı artırılıb.
FED.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərarlar verib.
ELƏCƏ DƏ BAX: Biznes üçün ən yaxşı ölkələr – AÇIQLANDI
“İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin, “İçərişəhər” tarix muzeyinin və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında “İçərişəhər” Muzey Mərkəzi yaradılıb. Eyni zamanda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda Ənənəvi İncəsənət Mərkəzi yaradılıb.
Beləliklə, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu aşağıdakı kimi olub:
- “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).
- “İçərişəhər” Muzey Mərkəzi.
- Mənzil-kommunal və Təmir Xidməti.
- Elmi-istehsalat bərpa emalatxanası.
- Elmi-mədəni Mərkəz.
- Marionet Teatrı.
- Tahir Salahovun ev-muzeyi.
- Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi.
- Ənənəvi İncəsənət Mərkəzi.”.
Yeni qurumların yaradılması ilə əlaqədar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin sayı 415 nəfərdən 430 nəfərə çatıb.
“İçərişəhər” İdarəsinin strukturu – DƏYİŞDİ
01:08
25 Dek 2018