ELƏCƏ DƏ BAX: Putin o qızın arzusunu yerinə yetirdi – Video
David Berry ovladığı maralların başlarını kəsib aparır, cəsədləri meşədə qoyurmuş.
Onun anası deyib ki, Bembi filmi oğlunun reabilitasiyasına kömək edəcək.
BBC icmalı başqa qeyri-adi cəzalar bir araya gətirib.
Fotonun
Eşşəklə yürüş
2003-cü ildə ABŞ-ın Chicago (Çikaqo) şəhərindəki kilsədən körpə İsa Məsih heykəlini oğurlayan iki şəxsə 45 gün həbs cəzası kəsilib.
Lakin Jessica Lange və Brian Patrick üçün iş həbslə məhdudlaşmadı.
19 yaşlı gənclər yanlarında bir eşşəklə şəhərin mərkəzindən keçməli oldular. Bu zaman onların əllərində "eşşəklik etdik" yazılı lövhə olub.
10 il kilsəni ziyarət etmək cəzası
2011-ci ildə sərxoş halda maşın sürdüyü üçün dostunun ölümündə təqsirləndirilən Tyler Alred-ə həbs cəzası kəsilsə də, o, azadlıqdan məhrum edilməyib.
BŞ-ın Oklahoma ştatının məhkəməsi 17 yaşlı gəncə dair qeyri-adi hökm çıxarıb.
Qərara əsasən, məhbəsdən kənar qalmaq üçün Alred kollec təhsilini davam etdirməli, alkoqol, narkotik maddələrdən istifadə etmədiyini təsdiqləyən elektron cihaz daşımalı, cinayət qurbanlarının müzakirə sessiyalarına qatılmalı və 10 il ərzində kilsəni ziyarət etməlidir.
Evi tərk etmə cəzası
2011-ci ildə İspaniya məhkəməsi cib xərci verməkdən imtina edən valideynlərinə qarşı iddia qaldırmış 25 yaşlı sakinin tələblərini qeyri-qanuni sayıb.Oğul ata-anasından aylıq 400 avro ödəniş istəyirmiş.
Məhkəmə tələb edib ki, gənc 30 gün ərzində evi tərk edərək "öz ayağı üstündə durmağı" öyrənməlidir.
Klassik musiqi dinləmək cəzası
2008-ci ildə öz maşınında yüksək səsli rep musiqisi dinləyən Andrew Vactor-a 150 dollar maliyyə cəriməsi kəsən ABŞ məhkəməsi cəzanı yumşaltmaq imkanı verən bir şərt irəli sürdü.
Qərara alınıb ki, 20 saat ərzində Bethoven, Bach və ya Chopin kimi bəstəkarların klassik əsərlərini dinlədiyi təqdirdə müttəhimə verilən cərimənin məbləğı 35 dollaradək azaldıla bilər.
Lakin cənab Vactor klassik musiqiyə 15 dəqiqə qulaq asdıqdan sonra 150 dollar ödəmək qərarına gəldiyini elan edib.