Gürcüstanın Azərbaycana 7,976 mln. dollar həcmində borcu var.
FED.az-ın məlumatına görə, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.
ELƏCƏ DƏ BAX: Hökumət dövlət əsaslı vəsait qoyuluşlarını azaltmağı planlaşdırır
Bu il oktyabrın 31-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.
Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 102,061 mln. dollar təşkil edir. Bu məbləğin 4 mlrd. 977,670 mln. dolları hökumətin payına düşür.
Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (273,183 mln. dollar), Yaponiya (209,362 mln. dollar) və Fransa (189,168 mln. dollar) daxildir.
Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu müvafiq olaraq 15,297 mln. dollar, 63,567 mln. dollar və 9,023 mln. dollar təşkil edir.
Gürcüstanın Azərbaycana – BORCU AÇIQLANIB
19:38
13 Noy 2018