Son illər dünyada mülki əhaliyə məxsus silahların sayı artıb.
FED.az-ın məlumatına görə, bu, İsveçin "Small Arms Survey" təşkilatının apardığı tədqiqat nəticəsində üzə çıxıb.
ELƏCƏ DƏ BAX: Xaricdəki minlərlə korrupsioneri ölkəyə qaytarıb – RƏSMİ
Beləliklə, 2017-ci ildə dünyada odlu silahın sayı 1 milyard ədəd çatıb və bu, 2006-cə illə müqayisədə 32 faiz çoxdur. Silahların 857 milyon ədədi mülki əhalidə, 133 milyon ədədi hərbiçilərdə, 23 milyon ədədi hüquq-mühafizə orqanlarındadır.
Mülki əhalidə olan silahların sayına görə ilk yerdə ABŞ qərarlaşıb. ABŞ əhalisində 393,3 milyon ədəd silah var. İkinci yerdə 71,1 milyon ədədlə Hindistan, üçüncü yerdə 49,7 milyon ədədlə Çin, dördüncü yerdə 43,9 milyon ədədlə Pakistan, beşinci yerdə 17,6 milyon ədədlə Rusiya gəlir.
Evində silah saxlayanlar artır - SAYI AÇIQLANDI
19:23
8 Yan 2019