Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv ediblər.
FED.az-ın məlumatına görə, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
ELƏCƏ DƏ BAX: Larini lirənin taleyi gözləyir - AÇIQLAMA
Bu barədə qərar noyabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı zamanı qəbul edilib.
Qeyd edək ki, ABŞ vətəndaşı olan keşiş Endryu Bransona qarşı cinayət işi ilə əlaqədar Ağ Ev Türkiyənin ədliyyə naziri Əbdülhəmit Gül və daxili işlər naziri Süleyman Soylunun ABŞ-dakı mal varlıqlarının və onların faizlərinin dondurulması barədə qərar qəbul etmişdi. Rəsmi Ankara buna cavab olaraq BŞ-ın daxili işlər naziri Rayan Zinke və ədliyyə naziri Ceff Seşins barədə oxşar qərar vermişdi.
Xatırladaq ki, Türkiyədə casusluqda ittiham olunan ABŞ vətəndaşı, keşiş Endryu Branson oktyabrın 12-də azadlığa buraxılıb.