Dünyanın ən varlı insanı, "Amazon" kompaniyasının başçısı Ceff Bezos və onun xanımı Makkenzi Tattl boşandıqlarını elan ediblər.
FED.az-ın məlumatına görə, bu barədə məlumat sahibkarın “Twitter” səhifəsində yerləşdirilib.
ELƏCƏ DƏ BAX: Türkiyədə kasıbların isıq pulunu hökumət ödəyəcək - ƏRDOĞAN ACIQLADI
“Biz istəyirik, insanlar bizim həyatımızın necə davam etdiyini bilsinlər. Uzun müddətli ehtiyatlı tədqiqatlar mərhələsindən və ayrı yaşamağı sınaqdan keçirdikdən sonra biz boşanmağı və dostcasına münasibət saxlamağı qərara aldıq”, - cütlüyün birgə bəyanatında belə deyilir.
Ceff Bezos və Makkenzi Tattl 1993-cü ildə evləniblər. Cütlüyün üç oğlu və Çindən övladlığa götürülən qızı var.
“Forbes” nəşri Bezosun varidatını 150 milyard dollar həcmində qiymətləndirir. 2018-ci ilin martında “Amazon”-un başçısı dünyanın ən varlı insanlarının illik reytinqində “Microsoft”-un yaradıcısı Bill Qeytsi qabaqlayaraq birinci pilləyə yüksəlib. Sentyabrda “Amazon” kapitalı bir trilyon dolları ötən “Apple” kompaniyasından sonra ikinci olub.
Dünyanın ən varlısından – GÖZLƏNİLMƏZ QƏRAR
20:32
9 Yan 2019