Maraqlı

Dünyanın ən uzun, hündür və sürətli attraksionu açılacaq

Dünyanın ən uzun, hündür və sürətli attraksionu açılacaq | FED.az
11:09 27 Avqust 2019

“Kaddiya” investisiya şirkəti Səudiyyə Ərəbistan Krallığının paytaxtı Ər-Riyadın əyləncə, idman və incəsənət mərkəzinə çevrilməsi layihəsi çərçivəsində inşa ediləcək möhtəşəm “Six Flags Qiddiya” əyləncə zonasının yaradılmasının təqdimatını keçirib.

FED.az-a görə, şirkət krallığın paytaxtı yaxınlığında yerləşəcək “Kaddiya” əyləncə şəhərciyində tematik parkın dizayn-layihəsi barədə ətraflı məlumat verib. “Kaddiya” investisiya şirkətinin icraçı direktoru Maykl Renencer bildirib ki, “Six Flags Qiddiya” zonasında yüksək səviyyəli fəal tədbirlər həyata keçiriləcək.

Layihədə yerli mədəni irsə və şirkətin baxışlarına uyğun innovasiyalı ideyalardan istifadə olunacaq. Əsas məqsəd əyləncə şəhərciyinin ziyarətçilərinə sevinc və zövq bəxş etməkdir. Maykl Renencer vurğulayıb ki, bu layihə çərçivəsində həmçinin 17 mindən artıq iş yerlərinin açılması nəzərdə tutulur.

Qeyd olunur ki, 2023-cü ildə açılışı nəzərdə tutulan “Six Flags Qiddiya” əyləncə parkında müxtəlif attraksionlar, o cümlədən “Şahin uçuşu” adlandırılacaq dünyanın ən uzun, hündür və sürətli “Amerika təpələri” attraksionu açılacaq. Əyləncə parkı 32 hektar ərazidə yerləşəcək, 28 təpədən və attraksionlardan ibarət olacaq, 6 mövzular üzrə zonalara bölünəcək.

© Azərtac

Digər xəbərlər