Təqribən 8 ay əvvəl “Meredith Corporation” – a satılan jurnal növbəti dəfə əl dəyişdirir. TIME jurnalının yeni sahibləri bulud informasiya texnologiyasının tanınmış təmsilçilərindən biri olan Salesforce.com saytının CEO – su milyarder iş adamı Marc Benioff və həyat yoldaşı olacaq.
FED.az xəbər verir ki, 6.9 milyard dollar şəxsi sərvətə sahib olan cütlüyün jurnalı 190 milyon dollara satın alacağı açıqlanılıb.
Edilən açıqlamaya görə, cütlük jurnalın yayım qərarlarına və qərar qəbul etmə mərhələsinə müdaxilə etməyəcək və TIME jurnalının mövcud idarə heyəti tərəfindən bu proseslər həyata keçiriləcək.
“Mədəni tariximiniz mühüm xəzinəsi”
Milyarder iş adamı Twitter hesabından jurnalı satın alması ilə bağlı açıqlama edib. Açıqlamada, “TIME jurnalının şübhəsiz hər zaman hər birimizi təsirləndirən gücü bizi bir-birimizə bağlayan mövzuları işıqlandırması və insanların hekayələrini özünə məxsus şəkildə oxuyuculara çatdırmasında gizlidir. Jurnal, mədəniyyət və tariximizin bir xəzinəsidir. Buna dərin hörmət bəsləyirik və markanın idarə ediciləri olmaqdan qürur duyuruq” ifadələrinə yer verilib.
Dünyanın ən nüfuzlu jurnalı satıldı - QİYMƏT
21:33
18 Sen 2018