Hələ heç vaxt rastlaşmadığımız bir yeməyi dadmağı hansımız istəmərik. Bir çox dequstatoru artıq heç nə ilə təəccübləndirmək mümkün deyil. Amma biz cəhd edəcəyik. Əgər sizin üçün, kulinariya naminə artıq min manatlarınızı xərcləmək təəssüfləndirici deyilsə – siz doğru ünvandasınız.
1.“The Frrrozen Haute Chocolate” deserti
Harada dadmaq olar: Serendipity 3, New York.
Qiyməti: 42 000 AZN
Bu meyvəli krem dondurma, 14-ü dünyada ən baha olan 28 çeşid kakaodan ibarət qarışım ilə hazırlanır. Desert qızıl qırıntıları formasında şirniyyat əlavələri ilə və “La Madeline au Truffle” şokoladı ilə bəzədilir. 18 karatlıq qızıl və almazla bəzədilmiş qablarda servis edilir. Bu desertin təqdim olunduğu qab dəstinə brilyant ilə bəzədilmiş qızıl qaşıqlar da daxildir. Bildirim ki, dondurmanı yedikdən sonra bu qabları özünüzlə evə apara bilərsiniz.
2.“Karri Samundari Khazana”
Harada dadmaq olar: Bombay Brasserie, London
Qiyməti: 5500 AZN
Tərcümədə Samundari Khazana “dəniz məhsulları xəzinəsi” deməkdir. Bu yemək ən incə dəniz məhsullarını bir araya toplayıb: Devoniyalı krep, ağ balıq kürüsü, şotland xərçəngi, balıqqulaqları, eləcə də ağ truffle, qızıl yarpaq və dörd bildirçin yumurtasından ibarətdir.
3.“The Zillion Dollar Lobster Frittata” omleti
Harada yemək olar: Norma’s, New Yorkda
Qiyməti: 1700 AZN
Bu “milyona bərabər fritata”ya altı yumurta, krem, yaşıl soğan, 280 qram qara kürü və bir lobster daxildir. Bu yeməyin qiyməti olduqca baha görünə bilər, amma baş aşpaz bunu yeməyə daxil olan qara ilə əlaqələndirir və bunun qiymətinin 1000 AZN olduğunu deyir.
- Vagyu (yaponiya inəyi) ətindən steyk
Qiyməti: 200 qramı 700 AZN-dənbaşlayaraq.
Bu bifşteks yapon inəyi cinsindən olan Vagyudan hazırlanır. Bu inəklərin özəlliyi nədədir? Bəli, bu inəklər xüsusi qayğı ilə qorunub bəslənirlər. Rahat şəraitdə saxlanılırlar. Özəl otlarla qidalanır. Onlar yalnız pivə və qırmızı şərab içir. Mütəmadi olaraq təmizlənirlər və massaj edilirlər (xüsusilə də klassik musiqi sədaları altında). Ona görə ki, onun əti yumuşaq olsun və ağızda ərisin.
5.Ən bahalı piroq
Harada dadmaq olar: The Fence Gate Inn, Lancashire, İngiltərə.
Qiyməti: Bütöv piroq üçün 25 000 AZN və ya 1 payı üçün 3000 AZN.
Bu ətli piroq yuxarıda qeyd etdiyimi Vagyu ətindən hazırlanır. Bura eyni zamanda Çin göbələyi olan “matsutake”(hansı ki, 1 kiloqramı 1500 manatadır), truffles qış qəhvəsi və fransız göbələyi olan bluefoot (1 kiloqramı 700 AZN) daxildir. Bu yeməyin sousunda 1982-ci ilin “Château Mouton-Rothschild” şərabından istifadə olunur (1 şüşəsi 3000 AZN). Piroq ümumən qızılı qidalarla əhatələnir.
6.Pizza “Louis XIII”
Harada dadmaq olar: Renato Viola, Akropol, İtaliya
Qiyməti: 16 000 AZN
İtalyan aşpaz Renato Viola “Louis XIII” adlı ən bahalı pizzasını təqdim edir. Aşpaz bunun xəmirini hazırlayarkən xüsusi növ undan və nadir tapılan göy rəngli Avstraliya duzundan istifadə edir (Murray River). İçliyə bir neçə növ kürü daxildir: Oscietra Royal Prestige, Oscietra Royal Classic və ağbalıq kürüsü Kaspia. Bu kürülərə 1995-ci ilin şampan şərabı olan “Krug Clos Du Mesnil” əlavə edilir. Eyni zamanda içliyə krevetka, sadə və qırmızı xərçəng qatılır. Bunların üzərinə camış südündən hazırlanmış nadir və eksluziv pendir – motsarella buffalo səpilir, Remy Martin Cognac Louis XIII konyakı çilənir.
7.Ən bahalı suşi
Harda dadına baxmaq olar: Angelito Arenatoya sifariş edilir, Manila, Filippin.
Qiyməti: 5 ədədi 7500 AZN
Bu suşini hazırlamaq üçün kiçik Angelito Arenatoda yapon düyüsündən istifadə edir və muskovado şəkəri, 70 illik artezian suyu, İtaliyadan gətirilmiş 12 illik sirkə balzamı, fua-qra, Norveç semqası, manqo, marinad edilmuş xiyar, krab əti, yabanı zəfəran, kərə yağı ilə mayonez bura əlavə olunur.
Amma iş bununla bitmir. Ən əsası, suşi qiymətsiz olsun deyə onu 24 karatlıq yeməli qızıl folqaya bükürlər, 12 mirvari və hər biri 0,2 karatlıq 4 brilyant qaşla bəzəyirlər.
Müəllifin sözlərinə görə, bu suşi xüsusi olaraq aşiqlər üçün hazırlanır və oğlan qıza eşq elan edərkən təqdim edir.
8.FleurBurger 5000 hamburgeri
Harda dadmaq olar: Fleur, Las Vegas
Qiyməti: 8500 AZN
FleurBurger 5000 hamburgeri aşpaz Hürbert Keller tərəfindən yaradılmışdır. Bu hamburger qara trüfelli çörək üzərində Kobe mal əti, fua-qra, xüsusi trüfel sousundan ibarətdir. Hamburger süfrəyə eksklüziv olaraq Chateau Petrus 1990 şərabı ilə verilir (bir şüşəsinin qiyməti 4250 AZN). Bu sifarişə görə sizə xüsusi sertikat verilir ki, dostlarınıza göstərib öyünəsiniz ki, Las-Veqasda bir hamburgerə 8500 AZN pul vermisiniz.
9.Ən bahalı ponçik
Harda: Westin Hotel, New York
Qiyməti: 1700 AZN
Baş aşpaz Frank Tujague ən bahalı beygellər bişirir. Onlar ağ trüfel, yağlı pendir, qodzi giləmeyvəsindən hazırlanır. Bu beygelin də üzərinə yeməli qızıl tozu səpilir.
- Buyabes şorbası— İmperial
Qiyməti: iki nəfər üçün 800 AZN
Hazırlanması ən mürəkkəb olan şorbadır. Bulyon iki gün ərzində bişirilir. Tərkibinə 40-a qədər dəniz məhsulları daxildir: doroda, sibas, baramundi, qırmızı imperator, kalmar, mürəkkəbbalığı, osminoq, lanqust, krevet, omar və sairə. Bu hələ tam siyahı deyil.