Dünya Bankının prezidenti Cim Yen Kim fevralın 1-də istefa verəcək.
FED.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, banka rəhbərliyi icraçı direktor Kristalina Georgiyeva həyata keçirəcək.
ELƏCƏ DƏ BAX: Varlı milləti yoxsul millətdən fərqləndirən - ƏSL SƏRVƏT NƏDİR?
C. Y. Kim bəyan edib ki, özəl şirkətdə çalışacaq, inkişaf etməkdə olan ölkələrin infrastrukturu ilə məşğul olacaq.
Dünya Bankı məsələ ilə əlaqədar əlavə informasiya verməyib.
C.Y. Kim. 2022-ci ilə qədər Dünya Bankının prezidenti postunu tutmalı idi.
Dünya Bankının prezidenti istefa verir – SƏBƏB
22:07
7 Yan 2019