Şotlandiyada cins qoyun növünün satışı üzrə rekord qeydə alınıb.
Eləcə də bax: Ərik çəyirdəyi biznesi ildə - 20 MİLYON DOLLAR GƏTİRİR
FED.az xəbər verir ki, Qlazqo yaxınlığındakı Lanarka şəhərində «Texel Ram Double Diamond» ləqəbli cəmi 6 aylıq qoyunun satışı üzrə əsl mübarizə gedib və son nəticədə qiymətlər rekord həddə – 368 min funt sterlinqə yüksəlib.
«Double Diamond»da əsl cins qoyuna xas olan bütün cəhətlər var. Yığılmış sinə, ideal baş və tutqun qızılı rəng. Təsadüfi deyil ki bu qoyunu almaq üçün məbləği təklikdə ödəyə bilməyəcəklərini görən 3 ferma hərraca birlikdə daxil olublar.
Onlardan biri Ceff Eyken, hansı ki, qoyuna indiyədək belə qiymət ödəməmişdi, bildirir ki, «Double Diamond»a hərracdan əvvəl bir neçə həftə müşahidə edib. Mütəxəssis bu qoyunun ideal əzələli gövdəsinə və genetik təmizliyinə heyrətini gizlətmir.
Qeyd edək ki, «teksel» nazir qoyun növü sayılır və Niderland sahilləri yanındakı kiçik Teksel adasında yetişir.
«Teksel» növünün məhsuldarlığı yüksəkdir – diri çəkisinin 60%-i qədər ət verir. Qoyunun erkəkləri160 kq, dişiləri 70 kq ola bilər. Bu cinsin yun vermə qabiliyyəti də yüksəkdir.
Hər il erkək qoyunlar 7 kiloqram, dişilər 5-6 kiloqram yun verirlər. Bu növdən olan qoyunlar adətən 5 rəqəmli qiymətə satılır. Amma bu qoyunun qiymətini eşidəndən sonra alıcılar birləşməyə başlayıblar.
Qoyunun hərracda satışı ilə bağlı bundan əvvəlki rekord qiymət 2009-cu ildə qeydə alınmış 230 min funt sterlinq idi.
Yeni alınan qoyun hər 3 fermaya məxsus olacaq. Onu ehtiyatla böyüdüb artıracaqlar, eləcə də süni mayalandırma üçün toxumunu götürəcəklər. Gələcəkdə o daha baha qiymətə satıla da bilər.