Çin yunanın devalivasiyası və ölkədən kapital axını fonunda sürətlə valyuta ehtiyatlarını itirir.
FED.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, oktyabr ayı ərzində Çin Xalq Bankı 33,93 milyard dollardan məhrum olub.
ELƏCƏ DƏ BAX: ABŞ-da seçkilər dolları – UCUZLAŞDIRDI
Bu, ilin əvvəlindən indi qədər qeydə alınan rekord göstəricidir. Çin Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları 3,053 trilyon dollara düşüb. Bu, 2017-ci ilin aprelindən qeydə alınan ən minimal səviyyədir.
Ay ərzində Çində dollar 2,1 faiz bahalaşıb və bu, Çin Mərkəzi Bankını 20 milyard dollara yaxın vəsaitdən məhrum edib. Çin Mərkəzi Bankı 14 milyard dollara qədər vəsaiti isə yunanın kaursunu qorumaq üçün xərcləyib.
Qeyd edək ki, oktyabrın 31-də 1 dollar 6,9757 yunan olub. Bununla dolların məzənnəsində rekord qeydə alınıb.
Çinin valyuta ehtiyatları – SÜRƏTLƏ AZALIR
21:51
7 Noy 2018