Yaponiyanın CRAZY şirkəti işçilərinə yuxularını düzgün idarə edəcəyi halda onlara daha çox pul ödəcəyini bildirib.
FED.az xəbər verir ki, bu barədə şirkət yerli mətbuata açıqlamasında bildirib.
Yeni yaradılan sistemin qaydalarına görə, bir işçi 5 iş günü ərzində 6 saatdan çox yuxu yatarsa, ona maaşından əlavə ödəniş də veriləcək. Ay ərzində davamlı olaraq sağlam yaşam tərzinə diqqət edəcək şəxs ballar sayəsində qazanc əldə edəcək.
Bir aya 1 000 bal topalayacaq işçi, 5 min yen (50 dollar) qazanacaq.