Böyük Britaniya parlamentində “Brexit” müqaviləsi barədə qanun layihəsinin sabah nəzərdə tutulan müzakirə və səsvermə təxirə salınıb.
ELƏCƏ DƏ BAX: Merkeli bu xanım əvəz edəcək - UŞAQLARA HƏYAT YOLDAŞI BAXIR
FED.az-ın “Blomberg” nəşrinə istinadən verdiyi məlumata görə, buna səbəb baş nazir Tereza Meyin qanun layihəsini parlamentdən geri götürməsi olub.
Baş nazir Avropa İttifaqı ölkələrinin liderləri ilə “Brexit” barədə şübhələrini müzakirə etmək niyyətində olduğunu bildirib. Ancaq Avropa Komissiyası Böyük Britaniya ilə “Brexit” barədə yenidən müzakirə aparmayacağını bəyan edib.
Siyasi müşahidəçilər qanun layihəsinin parlamentdə səsvermədən keçməsi ehtimalının zəif olduğunu bildirirdi.
“Brexit” düyünə düşdü – PARLAMENTDƏN GERİ ÇƏKDİ
21:52
10 Dek 2018