Çində Yeni il və ya yaz festivalı ilə əlaqədar bir həftəlik bayram tətilində pərakəndə satış və iaşə xidmətində rekord məbləğdə dövriyyə qeydə alınıb.
FED.az-ın məlumatına görə, Çinin Kommersiya Nazirliyi bayram tətilində sözügedən sektorlarda ümumi dövriyyənin bir trilyon yuanı (təxminən 148,37 milyard ABŞ dolları) ötdüyünü açıqlayıb.
ELƏCƏ DƏ BAX: Tarixin ən böyük – BANKROTLARI
Bu, ötən ilki göstəricidən 8,5 faiz çoxdur.
Bayram tətilində turizm sektorunda da artım qeydə alınıb. Belə ki, ölkə daxilində ötən ilkindən 7,7 faiz çox - 415 milyon turist səfəri qeydə alınıb. Turizm sektorunda dövriyyə də 8,2 faiz çoxalaraq, 76,2 milyard dollara çatıb.
Bayramda rekord məbləğdə - PUL XƏRCLƏYİBLƏR

21:06
11 Fev 2019