Azərbaycanda elan saytlarında və sosial şəbəkələrdə təyyarə satılır. Bununla bağlı satış quruplarında elanlar yerləşdirilib.
FED.az xəbər verir ki, satışa iki ədəd "Boing-747" təyyarələri çıxarılıb.
Aparılan araşdırma zamanı məlum oldu ki, təyyarəni satan şəxs paytaxt sakini Əminağa Hacıyevdir. Müsahibimiz bildirir ki, elanda olan təyyarə hazırda İndoneziyadadı və o burada sadəcə vasitəçi rolunu oynayır. Onun sözlərinə görə, həmin təyyarələrin istifadə müddətləri başa çatıb. Belə təyyarələr əsasən hostel və restoran edilməsi məqsədi ilə alınır.
Ə.Hacıyev deyir ki, təyyarələrin bir ədədinin qiyməti 500 min dollardan başlayır.
Təyyarə motorunun 15 günlük kirayəsi isə minimum 30-40 min dollara başa gəlir.
Onun sözlərinə görə, bu təcrüb dünya təcrübəsində geniş yayılıb. Məsələn, Hollandiyada təyyarə oteli, İranda isə təyyarə restoranı var.
Əminağa Hacıyev deyir ki, bu təyyarələri alıb hava nəqliyyatında da istifadə etmək olar. Bu cür motorlu təyyarələrin 1 ədədinin qiyməti isə 2 milyon dollardan başlayır. (Xəzər TV)
Azərbaycanda təyyarə satılır: sahibi kimdir? - VİDEO
08:02
4 Aprel 2019