İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTRYŞ) Azərbaycanda xarici telelayihələrin lisenziyalı yayımını davam etdirir.
Teleradionun ictimaiyyətlə əlaqələr departamentindən FED.az-a bildirilib ki, qurum Rusiyanın məşhur “Anımakkord” studiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ELƏCƏ DƏ BAX: “Azərsu” daha bir elektron xidmətini istifadəyə verib
Müqaviləyə əsasən uşaqların sevimli qəhrəmanları “Maşa və Ayı” (Маша и Медведь) animasiya serialı artıq İctimai Televiziyada doğma dilimizdə yayımlanacaq. Gələn ildən etibarən həftəiçi hər səhər balacaların görüşünə gələcək sevimli cizgi filminin doğma dilimizə dublyajı televiziyanın “Kino və Dublyaj Departamenti”ndə reallaşdırılır.
İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bu addımın atılmasında səbəb ölkəmizdə xarici telelayihələrin lisenziyalı yayımını inkişaf etdirməkdir.
Xatırladaq ki, 2009-cu ildən etibarən yayımlanan “Maşa və Ayı” üçölçülü qrafikanın köməyi ilə yaradılıb və bütün auditoriya üçün nəzərdə tutulub. Hər bölümü 6-7 dəqiqə davam edən animasiya filminin yaradıcıları bu zaman kəsiyinin uşaqların cizgi filminə baxmağı üçün ən ideal müddət olduğunu düşünürlər.
“YouTube” portalında ümumi auditoriyası 20 milyarddan çox baxış sayına malik sözügedən animasiya serialının müxtəlif epizodlarının gün ərzində 3 milyona qədər izləyicisi olur. Təkcə “Maşa və sıyıq” epizodu 2 milyarddan çox baxış ilə onluq reytinqinə düşən animasiya videosu kimi qeydə alınıb.
İTV geniş auditoriyaya sahib, bütün beynəlxalq səviyyəli layihələrin lisenziyalı versiyalarının Azərbaycanda yayımını həyata keçirməkdə davam edəcək.
Azərbaycan telekanalı “Maşa və Ayı”-nı yayımlayacaq - MÜQAVİLƏ
19:16
29 Noy 2018