İspaniyanın ən təhlükəli kibercinayətkarı sayılan Xordi Madriddə həbs İspaniya KİV-lərinə istinadla xəbər verir ki, 23 yaşlı ispaniyalı hər ay təqribən 300 min avro qazanırmış. O, populyar elektronika internet mağazalarının oxşarı olan fırıldaqçı saytlar yaradırdı. Daha sonra Xordi köməkçiləri ilə birgə həmin mağazaları fəal şəkildə reklam edərək müştəriləri aksiyalarla və böyük endirimlərlə aldadıb tora salırdı.
Dələduz irimiqyaslı xüsusi əməliyyat zamanı həbs edilib. Əməliyyat çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları bu gəncin rəhbəri olduğu daha 45 nəfəri saxlayıblar.
Xordi özü çox ehtiyatla fəaliyyət göstərib, bir neçə saxta şəxsiyyət vəsiqəsindən istifadə edib, hər 5 gündən bir mobil telefonunun nömrələrini dəyişib və yalnız otellərdə yaşayıb.
Bu cinayətkarların fəaliyyətindən ümumilikdə 2400-ə yaxın insan maliyyə itkisinə məruz qalıb. Onlar mövcud olmayan mağazalardan müxtəlif növ elektrik qurğuları alıblar.
Ayda 300 min avro qazanıb, 5 gündən bir telefonunu dəyişirmiş - TUTUBLAR
17:01
6 İyul 2019