Avropa Parlamenti Avropa Birliyi ərazisində yemək qabları, qəhvə çubuqları da daxil olmaqla birdəfəlik istifadə olunan plastik məhsulların qadağan edilməsi ilə bağlı səsvermə keçirib. Bu barədə Voice of America (Amerikanın Səsi) məlumat yayıb.
Çərşənbə günü keçirilən səsvermədə 571 nəfər qadağanın lehinə, 53 nəfər isə əleyhinə səs verib. 34 nəfər bitərəf qalıb.
Əgər qanun Avropa Komissiyası və fərdi dövlətlər tərəfindən təsdiqlənərsə qadağa 2021-ci ildən etibarən qüvvəyə minəcək.Qadağanın tərəfdarları deyir ki, plastiklər okeanların və şəhərlərin zibillərlə çirklənməsinin əsas mənbəyidir, onların həll olunması ilə onillər apara bilər.
Plastiklərlə bağlı qanuna butulka, siqaret filtrları kimi digər plastiklərdən istifadənin azaldılması və ya yenidən emal olunması üçün son möhlət tarixi daxildir.
Bu ilin əvvəlində internetdə xilasedicinin tısbağanın qanlı burnundan plastik çubuğu çıxartdığını göstərən dəhşətli video yayılandan sonra bəzi ABŞ şəhərlərindəki restoranlarda da plastik çubuqların istifadə qadağan edilib.