Almaniyanın Rəqabət qurumu Federal Kartel İdarəsi “Amazon”-un onlayn alış-veriş bazarında ədalətli rəqabəti təmin edib-etmədiyini araşdırmaq üçün istintaqa başlayıb.
ELƏCƏ DƏ BAX: Müdirlərin maaşları - FANTASTİK RƏQƏMLƏR
FED.az-ın məlumatına görə, bu barədə Federal Kartel İdarəsi (The Bundeskartellamt) məlumat yayıb.
Bildirilib ki, quruma daxil olan bir çox şikayətlə əlaqədar “Amazon”-un satıcılara qarşı bazardakı mövqeyini sui-istifadə edib etmədiyi araşdırılacaq.
“Amazon”-a "rəqabət" – ARAŞDIRMASI

21:45
29 Noy 2018