Çinin və dünyanın onlayn ticarət sahəsində ən iri şirkətlərindən biri olan “Alibaba”nın banisi və rəhbəri Cek Ma Çin Kommunist Partiyasının sıralarına keçib.
Eləcə də bax: General Motors 5 zavodunu bağlayır
FED.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Çin mətbuatının yaydığı məlumatda göstərilir: “İslahatlar və açıqlıq siyasətinin 40-cı ildönümündə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi bu siyasətin yeridilməsinə xüsusi töhfələr verən bir qrup insana hörmət izhar etmək qərarına gəlib. Əlaqələndirmə Şurası tərəfindən partiya sıralarına daxil olmaq üçün seçilən 100 nəfərin namizədliyi tövsiyə olunur”.
Bunların arasında “Alibaba” şirkətinin banisi Cek Ma, ölkənin ən iri telekomunikasiya şirkəti olan “Tencent”in rəhbəri Ma Huatenq də var.
Qeyd edək ki, 1999-cu ildə qurulan “Alibaba” şirkətinin 2018-ci ildə ümumi vəsaitləri 500 milyard dollara yaxındir.