Türkiyənin Muğla rayonunda fermaya köçən aktrisa Özgü Namal eşşək pendiri biznesinə başlayır.
FED.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, aktrisa Balkan eşşəklərini satın alaraq fermasına gətirib.
ELƏCƏ DƏ BAX: Balıq alarkən nəyə diqqət etməli?
Eşşək südündən hazırlanan və dünyanın ən bahalı pendiri sayılan “pule”nin Türkiyədə istehsalı üçün Özgü ilə həyat yoldaşı artıq hərəkətə keçib.
Pendirin bahalığının səbəbi isə eşşək südünün nadir tapılan ağartı məhsulu olmasıdır. “Pule”nin kiloqramı 1000 dollardır. 100 eşşəyin südündən 1 kiloqram pendir alınır.
Aktrisa biznesə başladı – EŞŞƏK PENDİRİ SATACAQ
21:41
9 Noy 2018