Avropa İqtisadi və Maliyyə Siyasəti Araşdırma Şəbəkəsi (Econpol) tərəfindən həyata keçirilmiş "Çin ilə ticarət müharibəsinin xərcini kim ödəyir"? başlıqlı araşdırmaya görə, ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına tətbiq etməyə başladığı gömrük tarifi yükünün 75%-i Çin ixracatçıları tərəfindən qarşılanır.
ELƏCƏ DƏ BAX: Türkiyənin xalça şirkəti müflis olur – AÇIQLAMA
FED.az-ın məlumatına görə, "Econpol"un sadə bir iqtisadi modellə apardığı araşdırmaya görə, gömrük tariflərində 25 bəndlik bir dəyişiklik ABŞ-dakı Çin mallarının qiymətlərinin 4,5% artımasına, Çin istehsalçılarının gəlirlərində isə 20,5 faiz bir azalmaya səbəb olur.
ABŞ-ın əlavə gömrük vergisi tətbiq etdiyi Çin mənşəli məhsulların idxalında 37% azalma olduğu qeyd edilən tədqiqatda, iki ölkə arasındakı ticarət kəsirinin də 17 faiz azaldığı vurğulanıb.
Araşdırmaya görə, ABŞ, əlavə tariflər ilə 22,5 milyard dollar gəlir əldə edir. Gömrük vergisinin, ABŞ-lı istehlakçılara yüklədiyi xərcləri çıxdıqdan sonra ABŞ hökumətinin xalis qazancı 18,4 milyard dollar olur.
Digər tərəfdən, dünyanın ən böyük iki iqtisadiyyatı eyni zamanda bir-birilərinin ən böyük ticarət tərəfdaşlarıdır. Demək olar ki, hər il artım göstərən ABŞ-Çin ticarəti, keçən il 635,5 milyard dollarla rekord qırıb. Rəqəmin təxminən 130 milyard dollarını ABŞ-ın idxalı, 505,5 milyard dollarını isə Çinin ixracı təşkil edib. Beləliklə, Çin, ABŞ-ın təkcə ən böyük ticarət tərəfdaşı deyil, eyni zamanda ən çox ticarət kəsiri olduğu ölkədir.
ABŞ-ın yeni qazancı - 18,4 MİLYARD
19:03
19 Noy 2018