“Fitch” beynəlxalq reytinq agentliyi ABŞ-ın kredit reytinqinin aşağı düşməsinə yol açacaq risklərin olduğu barədə xəbərdarlıq edib.
FED.az-ın məlumatına görə, bu risklər sırasında ABŞ-ın dövlət borcunun artması və maliyyə vəziyyətinin pisləşməsi göstərilib.
ELƏCƏ DƏ BAX: Dünyanın ən bahalı şirkəti – MÜƏYYƏNLƏŞDİ
“Fitch”-in suveren reytinqlər üzrə bölməsinin rəhbəri Ceyms Makkormak deyib ki, əgər ABŞ hökuməti büdcənin qəbulu və maliyyə xərclərui ilə bağlı problemi həll etməzsə, risklər artacaq: “Əgər ABŞ hökumətionin işini dayandırması martın 1-nə qədər uzansa, bir neçə ay sonra dövlət borcu problemi yaransa, biz siyasi situasiyanı qiymətləndirməli və AAA reytinqinə yenidən baxmalı olacağıq”.
vestifinance.ru
ABŞ-ın kredit reytinqi aşağı salına bilər - AGENTLİKDƏN XƏBƏRDARLIQ

21:42
9 Yan 2019