ABŞ Ədliyyə Nazirliyi Çinin dövlət qurumları ilə bağlı olduğu iddia edilən haker qrupuna rəsmi Vaşinqton və başqa ölkələrə qarşı kiberxəfiyyəlik fəaliyyəti göstərmək ittihamı irəli sürmək niyyətindədir.
ELƏCƏ DƏ BAX: Suriyadan qoşunlarını çıxarır - GÖZLƏNİLMƏZ ADDIM
FED.az-ın məlumatına görə, bu barədə “The Washington Post” məlumat yayıb.
Kiberxəfiyyəlik fəaliyyəti ilə əlaqıdar ABŞ hökuməti Çinə qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyi düşünür.
“Bu ölkələr uzun müddət xəfiyyə hücumlarına məruz qalıb. Çinli hakerlər kibertəhlükəsizlik sahəsində dövlət qurumlarına, iri şirkətlərə xidmətlər göstərən özəl şirkətlərin şəbəkələrini dağıdıblar”, - deyə Qərb ölkələrinin hökumət mənbələrinə istinadən bildirilir.
Xatırladaq ki, bu il oktyabrın 30-da ABŞ Ədliyyə Nazirliyi Çin kəşfiyyatının bəzi əməkdaşlarını sənaye xəfiyyəliyində ittiham etmişdi.
ABŞ-Çin iqtisadi savaşı – YENİ SANKSİYALAR OLACAQ
21:50
20 Dek 2018