Hindistanın ən varlı şəxsi Mukeş Ambaninin qızı İşa Ambani ölkənin digər milyarderi Ajay Primalın oğlu Anand Primalla ailə qurub.
FED.az “Posta”ya istinadən xəbər verir ki, Mumbay şəhərində keçirilən mərasim həftə sonuna qədər davam edəcək.
Məlumata görə, toya dünyanın müxtəlif yerlərindən 600-ə yaxın tanınmış şəxs gəlib. Onlar 100 ayrı təyyarə ilə Hindistana gətirilib.
Məşhur müğənni Beyonsun çıxış etdiyi mərasimdə amerikalı siyasətçi Hillari Klinton da yer alıb.
Toyun hər kəs tərəfindən canlı izləyə bilməsi üçün xüsusi mobil tətbiq də hazırlanıb.
Qeyd edək ki, 47 milyard dollar sərvətə malik Mukeş Ambani dünyanın ən zənginləri arasında yer alır. Ambani ailəsi 27 mərtəbəli nəhəng sarayda yaşayır.