NASA və Avropa Kosmik Agentliyi 60 gün yataqda uzanıb eksperimentdə iştirak etməyə hazır olan şəxslərə 19 min dollar təklif edib.
FED.az xəbər verir ki, könüllü olacaq şəxslər sadəcə bir çarpayıda uzanmalıdır. Eksperiment əsnasında ayağa qalxmaq, hərəkət etmək və ya müxtəlif beynəlxalq medialarla bağlı xüsusi bir şey etmək lazım deyil.
Bildirilir ki, günlərlə yataqda uzanmaq insanın bu pozisiyasına cazibə qüvvəsinin olmamasıyla eyni cür təsir edə bilər.
Eksperimentlə NASA və AKE uzunmüddətli missiyalarda süni qravitasiyanın nə kimi fayda verə biləcəyini araşdırmağa çalışırlar.
Eksperiment Kolonia şəhərində həyata keçirilir.