Banner

Maraqlı

1.6 milyard dollarlıq cekpot – UDULDU

1.6 milyard dollarlıq cekpot – UDULDU | FED.az
01:07 25 Okt 2018

Mega Millions lotereyası çərçivəsində 1.6 milyard ABŞ dollar həcmində mükafat oynanılıb.
 
FED.az-ın məlumatına görə, bu, ABŞ tarixinin ən böyük cekpotudur.


ELƏCƏ DƏ BAX: Bu ölkədə əhaliyə 500 milyon dollar paylanacaq


Rekord məbləğli lotereya çərşənbə axşamı Corciya ştatının Atlanta şəhərində oynanılıb. Keçən cümə, 19 oktyabrda mükafat təxminən bir milyard dollara çatsa da, biletlərin heç birində seçilən altı rəqəm olmadığından, cekpot qalibinin müəyyən edilməsi bu həftəyə qalıb.

ELƏCƏ DƏ BAX: "Pulu birinci mən götürəcəm" - NİYƏ LOTEREYA OYNAYIRIQ?

 
Budəfəki lotereyada, rəqəmlərin elanından dərhal sonra qalibin olduğu müəyyən edildi. Uğurlu biletin Cənubi Karolinada satıldığı bildirilir. Qalib mükafatı dərhal əldə etmək istəsə, ona birdəfəlik "yalnız" 904 milyon dollar ödəniləcək. Tam mükafatı əldə etmək istəyən şəxs isə bunu 29 il ərzində, ildə “cəmi” 55 milyon dollar almaqla edə biləcək. Qaliblərin sayı bir neçə nəfər olduğu halda, onlar mükafatı öz aralarında bölməli olacaqlar.
 
Bundan öncə rekord 2016-cı ilin yanvar ayında oynanılan Powerball lotereyasına məxsusdur. O zaman mükafat 1.59 milyard dollar həcmində olub.

ELƏCƏ DƏ BAX: Lotereyada 8 milyon dollar uddu


ELƏCƏ DƏ BAX: Azərbaycanda lotereya oyunu üçün yaş məhdudiyyəti - YENİLİK

Digər xəbərlər

Banner