Maraqlı

15 yaşıma kimi doyunca yediyimi xatırlamıram – PREZİDENT

15 yaşıma kimi doyunca yediyimi xatırlamıram – PREZİDENT | FED.az
19:26 28 Noy 2018

Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Vətəndaş forumu”nda çıxışında keçdiyi çətin ömür yolundan danışıb.
 
ELƏCƏ DƏ BAX: Nazir 30 min cərimələndi – SƏBƏB
 
FED.az-ın “News.21.by” saytına verdiyi məlumata görə, N. Nazarbayev ilk dəfə poladəridən kimi işə başlamasından danışıb:
 
“Domna sobasının qarşısında işləmək asan deyildi, qarşıda sobanın 1500 dərəcə istisi olurdu, arxanda 40 dərəcə şaxta. Cavanlar zəhmətə hazır olmalıdırlar. Özümüz özümüzə kömək etməliyik, başqa heç kim.
 
Mən kənd uşağıyam. Müharibədən sonra tamamilə yoxsulluq içərisində yaşamışam, geyim çatışmırdı. 15 yaşına kimi doyunca yemək yediyimi xatırlamıram. Zəhmət mənim həyatımı xilas etdi.
 
Ola bilsin ki, elə buna görə də sağlam olursan. Bu gün Qazaxıstanda gənclər üçün hər şərait yaradılıb. Təkcə pul lazımdır, pul qazanmaq üçünsə işləmək”.

Digər xəbərlər

Banner