Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi Ukraynada baş verən hadisələri nəzərə alaraq, Rusiyadan gətirilən və qısa müddətə əvəz edilməsi problemli olan mal və materialların siyahısını dərc edib.
Eləcə də bax: ABŞ Rusiya gübrəsini sanksiyalardan - ÇIXARIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Ria Novosti” yazır.
Qeyd olunduğu kimi, bunlar aşağıdakılardır:
– kömür və kokslaşan kömür;
– yarımkeçiricilərin istehsalında istifadə olunan qazlar, o cümlədən neon;
– palladium;
– polad istehsalı üçün ferroərintilər.
Relizdə vurğulanır ki, təkcə Yaponiya neft (3.6%), kokslaşan kömür (8%), palladium (43%) və ferroxrom (50%) idxalı üzrə Rusiyadan asılıdır. Eyni zamanda, Yaponiya Nazirliyinin sənədində qeyd olunur ki, “dünya ictimaiyyətinin Rusiyadan ciddi asılılığına baxmayaraq” bir sıra idxal olunan mallar üzrə “alternativ materiallardan istifadə və tədarükçü ölkələrin dəyişdirilməsi imkanları mövcuddur”.
Rusiya fevralın 24-ü Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. Bunun üçün onun sözlərinə görə, “Ukraynanın demilitarizasiyası və denasifikasiyası”nın həyata keçirilməsi, Donbassda “mülki əhaliyə qarşı qanlı cinayətlərə” cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.