Rusiyada pərakəndə ticarətdə ərzaq satışları fevralın sonu və martın əvvəlində 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 50% artıb.
Eləcə də bax: Rusiyada ərzaq mallarının satışına məhdudiyyət qoyulur - LİMİTLƏ SATILACAQ
FED.az xəbər verir ki, bu barədə "Nielsen"in araşdırmasında bildirilir.
"21 fevral - 6 mart tarixləri arasında pul ifadəsində tez xarab olan ərzaq məhsullarının satışında artım 2021-ci ilin eyni dövrü ilə müqayisədə 46% artıb", - araşdırmada deyilir.
Şəbəkələrin ümumi satışları həmin dövrdə pul ifadəsində 17%, fiziki ifadədə isə orta hesabla 6,5% artıb.
Həmçinin, yüksək dinamika spirtli içkilərdə - 18%, gigiyena vasitələrində- 22%, siqaretlərdə - 12%, o cümlədən çay və qəhvəndə- 23% qeydə alınıb. (Marja)