2021-ci ilin nəticələrinə görə, Azərbaycan Rusiyadan taxıl idxal edən əsas beş ölkə sırasına daxil olub.
Eləcə də bax: Hindistan Azərbaycana buğda idxalında Rusiya və Ukraynanı - Əvəz Etmək İstəyir
FED.az xəbər verir ki, Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroeksport" federal mərkəzinin məlumatına görə, ötən il Rusiyadan Türkiyəyə 2,4 mlrd. dollar dəyərində 9 mln. tondan çox taxıl tədarük edilib. Misir 1,6 mlrd. dollarlıq 5,7 mln. ton taxıl alıb ki, onun da əsas həcmi buğda təşkil edib.
Səudiyyə Ərəbistanı 452 mln. dollar dəyərində 1,7 mln. ton Rusiya buğdası idxal edib, dördüncü yerdə 305 mln. dollarla Azərbaycan və 254 mln. dollarla Nigeriya qərarlaşıb.
Rusiyanın taxıl məhsullarının ixracı ötən il fiziki ifadədə 12% azalaraq 43 mln. ton, dəyəri isə 12% artaraq 11 mlrd. dollar olub.
Buğda tədarükü 8,4% artaraq 8,9 mlrd. dollar, arpa 16% artaraq 1,3 mlrd. dollar, qarğıdalı 45% artaraq 1 mlrd. dollar təşkil edib. Bundan əlavə, qarabaşaq yarmasının ixracı 51%, yulafın ixracı 330%, çovdarın ixracı isə 1 180% artıb.
Ümumilikdə Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı 2021-ci ildə 21% artaraq 37,1 mlrd. dollar təşkil edib. (Apa)