İsveçrənin Davos kurortunda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycanı təmsil edən iqtisadiyyat naziri Mikayıl Cabbarov beynəlxalq şirkətlərlə perspektivli görüşlərini davam etdirir.
Mikayıl Cabbarov "Bank of America"nın rəhbəri ilə görüşdü
Mikayıl Cabbarov "TikTok"un vitse-prezidenti ilə görüşdü
"Carlsberg Group" şirkətinin Azərbaycanda istehsalının lokallaşdırılması planları müzakirə edildi
FED.az xəbər verir ki, görüşlərdə xarici şirkətlərə və iş adamlarına Azərbaycandakı iqtisadi perspektivlər, biznes və investisiya üçün yaradılan şərait və yatırım imkanları barədə məlumat verilir.
Növbəti belə görüş işgüzar sosial şəbəkə olan «Linkedin» rəhbərliyi ilə olub. İşgüzar sektor üçün ən populyar sosial şəbəkə sayılan «Linkedin» bir sıra sahələrdə, o cümlədən iş və karyera imkanları sektorunda aparıcı rola malikdir. Mikaylı Cabbarovun «Linkedin»in təsisçilərindən biri və məhsul idarə olunması üzrə vitse-prezidenti Allen Blu ilə görüşündə əmək bazarında və biznes seqmentində interaktiv həllərin yaratdığı imkanlar, eləcə də Azərbaycanın «Linkedin»lə potensial əməkdaşlıq sahələri müzakirə edilib.
«LinkedIn» şirkətinin həmtəsisçisi və məhsulun idarə olunması üzrə vitse-prezidenti Allen Blu ilə Davos İqtisadi Forumu çərçivəsində baş tutan görüşümüzdə əmək bazarında və biznes seqmentində inteqrativ həllərin yaratdığı imkanlar, kadr potensialının müəyyən edilməsi istiqamətində sosial platformaların fəaliyyəti və potensial əməkdaşlıq sahələri barədə danışdıq» - deyə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.