Davos İqtisadi Forumu çərçivəsində "Carlsberg Group" şirkətinin Azərbaycanda istehsalının lokallaşdırılması sahəsində görülən işlər müzakirə olunub.
Azərbaycan Yaponiya şirkəti ilə əməkdaşlığı - MÜZAKİRƏ EDİB
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Yakob Orup-Andersen ilə yeni əməkdaşlıq imkanlarını dəyərləndirib.
“Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizdə aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri barədə danışdıq. Şirkət tərəfindən ölkəmizdə istehsalın lokallaşdırılması sahəsində görülən işləri və yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik”, - deyə M. Cabbarov qeyd edib.