Azərbaycanla ABŞ-ın "Coca-Cola" şirkəti arasında perspektiv layihələr barədə müzakirələr aparılıb.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Açıqlamadan aydın olub ki, "Coca-Cola" şirkəti Azərbaycanda yeni layihələrə və indiyədək yatırdığı investisiyaları şaxələndirməyə dəvət olunub.
Mikayıl Cabbarov "Bank of America"nın rəhbəri ilə görüşdü
Mikayıl Cabbarov "TikTok"un vitse-prezidenti ilə görüşdü
"Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində Mikayıl Cabbarov "Coca-Cola" şirkətinin beynəlxalq inkişaf üzrə prezidenti Enrike Braun ilə görüşüb.
Görüşdə sərmayələrin təşviqi üçün Azərbaycandakı əlverişli iqtisadi mühitin və xarici investorlar üçün yaradılmış imkanların əhəmiyyəti qeyd edilib. Bundan başqa, görüşdə "Coca-Cola" şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələrin icrası, investisiya əməkdaşlığının şaxələndirilməsi potensialı və perspektiv layihələr barədə müzakirələr aparılıb.
"Carlsberg Group" şirkətinin Azərbaycanda istehsalının lokallaşdırılması planları müzakirə edildi
"Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində "Coca-Cola" şirkətinin beynəlxalq inkişaf üzrə prezidenti Enrike Braun ilə görüşdə sərmayələrin təşviqi üçün ölkəmizin əlverişli iqtisadi mühitinin və xarici investorlar üçün yaradılmış imkanların əhəmiyyətini vurğuladıq.
Şirkətin ölkəmizdə həyata keçirdiyi layihələrin icrası, investisiya əməkdaşlığının şaxələndirilməsi potensialı və perspektiv layihələr barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.